17:55 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Bakıda gecə klubu, arxiv şəkli

*Bakıda əcnəbiyə itirdiyi pulqabını qaytardılar, içindəki pulları isə qaytarmağı unutdular

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
122 0 0

"Bəs pulları kim götürə bilər" sualını eşidəndə isə gecə klubunun işçilərinin gözləri böyüyüb

BAKI, 16 yanvar — Sputnik. Xarici ölkə vətəndaşının Bakıdakı gecə klubunda əylənməyə ilk cəhdi uğursuzluqla nəticələnib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

31 yaşlı Pakistan vətəndaşı Əhməd İftixar Hacı Muhamməd Səbail rayon Polis idarəsinin 9-cu bölməsinə müraciət edib. Əcnəbi bildirib ki, yanvarın 12-də o, Abdulkərim Əlizadə küçəsindəki barlardan birini ziyarət edib və portmanatını orada unudub. Portmanatın içində 800 manat, 250 dollar və 50 min rupi (703 dollar) olub.

Növbəti gün pakistanlı həmin kluba gedib. Ona itmiş portmanatını geri qaytarıblar, lakin içində pullar olmayıb. "Bəs pulları kim götürə bilər" sualını eşidəndə isə gecə klubunun işçilərinin gözləri böyüyüb. Onlar təəccüblə bildiriblər ki, portmanatı taparkən içinə baxmayıblar.

Hazırda 9-cu polis bölməsinin əməkdaşları pakistanlının portmanatından pulları götürən şəxsin kimliyini müəyyən etməyə çalışır.

Əsas mövzular