03:09 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9162
Quba rayon ərazisində meşə fonduna aid kəsilən ağaclar

Təbiətə ziyan vuranlar cinayət başında yaxalandılar - FOTOLAR

© Sputnik / Leyla Abdullayeva
HADİSƏ
Qısa URL
32 0 0

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb
© Sputnik / Leyla Abdullayeva
Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi Əlirzayev və Əkbər Kərimov saxlanılıblar.

Aparılan tədbirlərlə məlum olub ki, kənd sakini Rəmzi Əlirzayev həmkəndlisi olan Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, R.Əlirzayevə məxsuz "Qaz 66" markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.

Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb
© Sputnik / Leyla Abdullayeva
Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Əsas mövzular