Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Qubada itkin düşən qadın tapılıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonunun Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.