22:45 17 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Bakıdakı tükürpədici cinayətin şübhəliləri yaxalanıb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
1161 0 0

Saxlanılan şəxslərdən birinin üzərindən narkotik vasitə olan heroin aşkar edilib

BAKI, 15 yanvar — Sputnik. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirlyindən (DİN) məlumat verilib.

Məlumata görə, yanvarın 11-i saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində, Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.

F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Xatırladaq ki, yanvarın 11-də Bakıda Nizami metrosu yaxınlığında bıçaqlanan, 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğlu qanaxmadan hadisə yerindəcə keçinib. Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya metronun içərisində baş verən mübahisə səbəb olub.

Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.

Əlaqədar

Qubernator təyinatından bir saat sonra qətlə yetirilib
Azərbaycanlı qadını türk sevgilisi qətlə yetirib
Ukraynada türkiyəli tələbələr qətlə yetirildilər
Bakıda qətlə yetirilən "Lotu Quli"nin adamı imiş
Teqlər:
qətl hadisəsi, cinayət, qətl, polis

Əsas mövzular