Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəlilabad sakini döyülərək öldürüldü

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda hadisənin təfərrüatları və ölənin şəxsiyyəti dəqiqləşdirilir

BAKI, 13 yanvar - Sputnik. Cəlilabad rayon sakini döyülərək öldürülüb.

"Report"un məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini bir və ya bir neçə şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin təfərrüatları və ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Xəbər lenti
0