00:23 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
6272 0 0

Faktla bağlı araşdırma aparılır

Leyla Abdullayeva, Sputnik  Azərbaycan

BAKI, 13 yanvar – Sputnik. Qubada dəhşətli hadisə baş verib.

Hadisə Quba raynunun Barlı kəndində olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü “Qazel”markalı avtomobilin altında qalaraq dünyasını dəyişib. Uşağın atası Bəhərçin Vəliyev “Qazel”markalı avtomobilini həyətdən çıxararkən 5 yaşlı oğlunun həyətdə oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Teqlər:
Bədbəxt hadisələr, Quba, ölüm

Əsas mövzular