Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda kişilər öz arvadlarını oğurluq etdikləri üçün tutdururlar

© Sputnik / Anar MustafayevƏlləri qandallanmış qız, arxiv şəkli
Əlləri qandallanmış qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kişi mənzilindən pulların yoxa çıxmasına görə, öz həyat yoldaşını günahlandırıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Bakıda kişi öz arvadından polis idarəsinə şikayət edib. Bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, Suraxanı rayonunda 28 yaşlı M.Y. öz 24 yaşlı həyat yoldaşı T.İ.-ni oğurluqda günahlandırıb. Şikayətçinin dediyinə görə, yanvarın 8-də arvadı 4 min manatdan artıq pulu evdən çıxarıb. Kişi qadının bu pulları hara elədiyini bilmir. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb.

Сотрудники полиции в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda asayiş keşikçilərinə hücum olub, polis kapitanı xəsarət alıb

Ümumiyyətlə, son vaxtlar polislər bir-birilərini ittiham edən cütlüklərlə bağlı faktlara daha tez-tez rast gəlirlər. Evli cütlüklər artıq öz daxmalarındakı mübahisələri, davaları ictimailəşdirməkdən çəkinmirlər. Özü də bu hal xüsusilə cavan ailələrdəki cütlüklər üçün xarakterikdir.

Yeri gəlmişkən, bu sutka ərzində paytaxtda 47 oğurluq faktı qeydə alınıb.

Qeyd edək ki, ötən ilin yanvarında Bakı sakinlərindən biri nəinki öz arvadını oğurluqda ittiham edib, hətta onu dəmir barmaqlıqlar arasına saldırıb. Oğurluq haqqında ərizə Binəqədi rayon Polis İdarəsinin 7-ci bölməsinə 30 yanvar 2018-ci il tarixində daxil olub. Belə ki, 39 yaşlı zərərçəkmiş 2017-ci ilin 16 noyabrından 2018-ci ilin 27 yanvarınadək onun evindəki seyfdən 57 700 ABŞ dolların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırma zamanı məlum olub ki, pulları kişinin arvadı (adamların adını etik məsələlərə görə yazmırıq -red.) oğurlayıb. O da məlum olub ki, qadın ərindən oğurladığı pulları öz sevgilisinə verirmiş. Bununla əlaqədar olaraq qadın və onun sevgilisi saxlanılıb. Oğru sevgililər cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti
0