Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanışının evinə girib hər şeyi taladı - FOTO

Abunə olmaq
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir

BAKI, 9 yanvar — Sputnik. Paytaxtın Nizami rayonunda yerləşən mənzillərdən birindən naməlum şəxs tərəfindən içərisində 5000 manat, 1500 dollar, 750 avro və müxtəlif sənədlər olan seyf naməlum şəraitdə oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, zərərçəkən bu barədə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisə ilə bağlı araşdırmalara başlanılıb.

© Oxu Bakı şəhər sakini Sadiq Abbasov
Tanışının evinə girib hər şeyi taladı - FOTO - Sputnik Azərbaycan
Bakı şəhər sakini Sadiq Abbasov

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sadiq Abbasov saxlanılıb. O, ifadəsində zərərçəkənin tanışı olduğunu və bir neçə ay əvvəl həmin evdə qonaq olan zaman mənzilin açarlarından birini oğurladığını bildirib. Zərərçəkənin mənzildə olmadığı biləndən sonra S.Abbasov həmin açarlar vasitəsilə evə daxil ola bilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0