05:34 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Qadını boğan kişi, arxiv şəkli

Keçmiş məhbus arvadını öldürməyə cəhd edib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
88 0 0

Bakıda növbəti məişət dramı baş verib: Kişi öz arvadını öldürməyə cəhd göstərib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Bakıda növbəti məişət dramı baş verib - kişi öz arvadını öldürməyə cəhd göstərib. Nəticədə qadın çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı kliniki şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olduğuna görə, yanvarın 7-də saat 19:10-da Türkan qəsəbəsində 39 yaşlı Balayeva Cəmalə Yaşar qızı ağır yaralanıb. Həkimlər qadının bədənində çoxsaylı bıçaq yaraları aşkarlayıblar. Bıçaq zərbələrindən 3-ü dərinə nüfuz edib. Təhqiqat zamanı cinayətin qadının həyat yoldaşı, 51 yaşlı Camalov Müxalif Fərrux oğlu tərəfindən törədildiyi məlum olub. Xəzər RPİ-nin 1-ci polis bölməsinin əməkdaşları Camalovu saxlayıb.

Qeyd edək ki, Camalov əvvəllər AR CM-nin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma), 132-ci (Döymə - bu maddə 2012-ci ildə CM-dən çıxarılıb), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

İlkin ehtimala görə, kişi cinayəti qısqanclıq zəminində törədib. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

Əsas mövzular