Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş icra başçısı vəfat edib

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
O, bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək

BAKI, 7 yanvar — Sputnik. Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyev bu gün səhər saatlarında dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. M.Quliyev bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

© PatriotMahmud Quliyev
Keçmiş icra başçısı vəfat edib - Sputnik Azərbaycan
Mahmud Quliyev

Qeyd edək ki, Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

M.Quliyevin bütün həyatı Cəbrayıl rayonu ilə bağlı olub. Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru, Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru olub.

18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə qədər Cəbrayıl RİH-in başçısı işləyib. 2012-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdi.

Xəbər lenti
0