10:06 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Bank kartları, arxiv şəkli

Özünü hacı kimi təqdim edib xəstə uşağın müalicə pulunu oğurladı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
35 0 0

Yardıma ehtiyacı olan uşaq üçün ayrılan hesabdan pul oğurladı

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 4 yanvar — Sputnik. Üç yaşlı Aylin Dadaşova artıq 5 aydır ki, leykoz xəstəliyindən əziyyət çəkir. Körpəyə yardım məqsədi ilə bank hesabı açılıb. Bank hesabına isə bu günədək 4 500 manatadək pul yığılsa da, bir neçə dəqiqənin içində həmin vəsait naməlum şəxs tərəfindən kartdan çıxarılıb.

Hadisənin təfərrüatları haqda uşağın dayısı Rahil Cəfərov Sputnik Azərbaycan-a danışıb:

"Bu körpənin atası ötən ilin mayında dünyasını dəyişib, 2 ay sonra isə biz Aylinin xəstəliyindən xəbər tutmuşuq. Xəstəliyi ilə əlaqədar olaraq Aylin bir neçə dəfə komaya da düşüb. Hətta sonuncu dəfə komaya düşəndə uşaqdan əlimizi üzmüşdük. Uşağın sağalması üçün yardım aksiyasına start vermişdik".

"Ötən gün özünü hacı kimi təqdim edən bir nəfər "Whatsap" nömrəmə yazaraq bütün xərcləri qarşılayacağını dedi. Məndən hesab kartının nömrəsini, şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin şəklini çəkərək atmağı tələb etdi. Mən də etdim. Bu gün isə banka yaxınlaşdıqda, gördüm ki, hesabda 135 manat pul var. Artıq banka müraciət edib, bəzi məlumatları alaraq polisə müraciət etməyə hazırlaşıram", - deyə uşağın dayısı əlavə edib.

Qeyd edək ki, yanvarın 8-ində 3 yaşı tamam olacaq Aylin üçün ayrılan hesabdan 4 min 500 manatadək pul vəsaiti oğurlanıb. Balaca qızcığazın Türkiyədə müalicəsi üçün 40-50 min manat vəsait lazımdır.

Əsas mövzular