Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Köməksiz vəziyyətdə qalan iki azyaşlı xilas edilib

CC0 / sferrario1968 / PeepholeДверной глазок, фото из архива
Дверной глазок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər azyaşlıları xilas etmək üçün pəncərədən mənzilə daxil olublar

Rahim Zakiroglu, Sputnik Azərbaycan

BAKI, 31 dekabr - Sputnik. Lənkəranda bağlı qapı arxasında qalan iki azyaşlı uşaq xilas edilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, hadisə gecə saatlarında şəhərin Z.Əliyeva küçəsi bina 22 mənzil 38-də baş verib.

Belə ki, qonşular qapının açılmaması və 2 azyaşlının köməksiz vəziyyətdə qapı arxasında qalması haqqında aidiyyatı qurumlara müraciət ediblər. Dərhal hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi xilasediciləri gəliblər. Əməliyyat şəraiti qiymətləndirildikdən sonra məlum olub ki, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzildə bağlı qapı arxasında 2016-cı il təvəllüdlü Emin Yunusov və bacısı 2018-ci Nilay Yunusova köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər azyaşlıları xilas etmək üçün nərdivandan istifadə edərək pəncərədən mənzilə daxil olublar. Onlar qapını açdıqdan sonra Emin Yunusov və Nilay Yunusova valideynlərinə təhvil veriliblər.

Hazırda hər iki azyaşlının vəziyyəti normaldır.

Xəbər lenti
0