Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda bir nəfəri öldürən, digərini yaralayan şəxs polisə təslim olub - RƏSMİ

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayılov tutulub, silahı evdən götürülüb

BAKI, 29 dekabr - Sputnik. Daxili İşlər Nazirliyi(DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılovodlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə Rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

İsmayılov tutulub, silahı evdən götürülüb.

Xəbər lenti
0