Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ötən gecə Bakıda ağır cinayət hadisəsi baş verib

© Sputnik / Leyla AbdullayevaPolis maşını hadisə yerində
Polis maşını hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Ötən gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Nizami Rayon Prokuruluğundan məlumat verilib. Məlumata görə, 10 TO 170 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı maşına arxadan atəş açıldıqdan sonra maşın saxlanılıb.

Balakən rayonu  - Sputnik Azərbaycan
HADİSƏ
Balakəndə narkotik satanlar cinayət başında yaxalandılar

Avtomobildə olan Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu və 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələnib. 

Hadisə nəticəsində T.Babayev dünyasını dəyişib, A.Bağırov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

Baş vermiş güllələnmə hadisəsi ilə bağlı cinayət işi açılıb. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, gəzdirmə, daşıma və saxlama) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertiziyalar təyin olunub,hadisənin səbəbləri və cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi üçün polis və prokurorluq orqanları əməkdaşları tərəfindən istintaq əməliyyat qrupu yaradılıb. Faktla bağlı təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0