ELM

BDU ilə bağlı olaya dair universitetin rəsmi mövqeyi açıqlandı

© Sputnik / Murad OrujovBakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
BDU: "Məsələ müvafiq qaydada hüquqi müstəvidə araşdırılacaq"

BAKI, 26 dekabr — Sputnik. Ötən gün Bakı Dövlət Universiteti ilə bağlı bir sıra xəbər portallarında qalmaqal xarakterli məlumat dərc olunub. Məlumatda BDU-da laboranta əxlaqsız təklif edildiyi haqda yazılmışdı. Dərc olunan materialda qeyd olunub ki, BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının yaşlı müəllimi gənc laborant xanıma əxlaqsız təklif edib və bununla bağlı artıq müvafiq qurumlara şikayət var.

Mediada dərc olunan bu xəbərlərlə əlaqədar olaraq BDU-nun mətbuat xidmətindən Sputnik Azərbaycan-a belə açıqlama verilib: "Bəzi xəbər saytlarında "BDU-da qalmaqal" başlığı altında verilən məlumatla bağlı bildiririk ki, sözügedən məsələyə dair universitetə heç bir rəsmi müraciət daxil olmayıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edildiyi təqdirdə cari ilin 13 dekabr tarixində baş verdiyi bildirilən məsələ müvafiq qaydada hüquqi müstəvidə araşdırılacaq".

Xəbər lenti
0