Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə eyni gündə 2 avtobus qəzası: 3 ölü, 55 yaralı

© AFP 2023 / YASIN AKGULКарета скорой помощи в Турции, фото из архива
Карета скорой помощи в Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə biri uşaq olmaqla, 3 nəfər ölüb

BAKI, 26 dekabr — Sputnik. Türkiyədə iki ayrı-ayrı avtobusun iştirakı ilə baş verən yol qəzaları nəticəsində 3 nəfər ölüb, 55 nəfər yaralanıb. Bu barədə Sputnik Azərbaycan "Daily Sabah"-a istinadən xəbər verir.

Məlumata əsasən qəzalardan biri Türkiyənin mərkəzi hissəsində, Kırşəhir şəhərində baş verib. Qarın yağması nəticəsində avtobus yoldan çıxıb və aşıb. Nəticədə biri uşaq olmaqla, 3 nəfər ölüb. Daha 35 nəfər isə yaralanıb. Yaralılardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.

Analoji insident Ankara yaxınlığında da baş verib. Qəza nəticəsində 20 nəfər yaralanıb.

Xəbər lenti
0