Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dövlət Yol Polisinin avtomobili yandı - VİDEO

Abunə olmaq
Hadisə zamanı xərasət alan olmayıb

BAKI, 26 dekabr — Sputnik. Dekabrın 25-də, günorta saatlarında Bakıda Dövlət Yol Polisinə məxsus "BMW" markalı avtomobil yanıb. Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında, tədbir vaxtı baş verib.

Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan odsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. 

Hadisə zamanı xərasət alan olmayıb.

Xəbər lenti
0