Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəlin-baldız davası Bakı metrosunda intihara cəhdlə yekunlaşdı

Abunə olmaq
Gəlinləri ilə dalaşan qız özünü metroda qatarın altına atmaqla öldürmək qərarına gəlib, amma polislər ona mane olublar.

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Polis əməkdaşları Bakı metropolitenində intihara cəhdin qarşısını son anda alıblar. Qatarın gəlməsinə az qalmış qohumu ilə mübahisə edən qız öz həyatını təhlükəyə atan zaman xilas edilib.

Bakmil stansiyası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metro ilə gedənlər üçün önəmli xəbər

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, dekabrın 24-də saat 10:00 radələrində metronun "Koroğlu" stansiyasında Bakı şəhərinin 27 yaşlı sakini Q.Ş. intihara cəhd edib. Polislər anında hadisə yerinə çataraq ona bu addımı atmağa mane olublar. Qızla söhbət zamanı məlum olub ki, onu bu addımı atmağa qardaşının həyat yoldaşı vadar edib. Gəlin baldızını ağır sözlərlə təhqir edib və buna dözməyən qız özünü qatarın altına atmaqla öldürmək qərarına gəlib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0