Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bədənində qəribə döymələr olan meyit tapılıb

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
Abunə olmaq
Onun xarakterik əlamətləri belədir: boyu 173 santimetr, normal bədən quruluşlu, saçlarının rəngi ağ

BAKI, 25 dekabr — Sputnik. Cari il oktyabr ayının 19-da Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində müəyyən edilən avtomobilin sürücüsü tərəfindən, təxminən 55-60 yaşlarında kişi piyada vurulub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb. Keçirilmiş əməliyyat tədbirləri zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 173 santimetr, normal bədən quruluşlu, saçlarının rəngi ağdır. Piyada vurulan zaman əynində tünd göy rəngdə qısaqol köynək və qara rəngdə şalvar olub.

Dünyasını dəyişən piyadanın sol əlinin biləyində kiril əlifbası ilə "Zenfira", sol əl nahiyyəsində "ANA", sol ayağının pəncəsində "Çox sağ ol", sağ ayağının pəncəsində "TƏMİZ YU" və sol əlinin barmaqlarının üzərində "19?1" döymələri var.

© © DİN-nin mətbuat xidmətiŞəxsiyyəti məlum olmayan kişi cəsədi
Bədənində qəribə döymələr olan meyit tapılıb - Sputnik Azərbaycan
Şəxsiyyəti məlum olmayan kişi cəsədi

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Sumqayıt Şəhər Polis İdarəsinə (018) 65-4-02-02, (012) 590-66-10, həmçinin (077) 458-17-18, (050) 363-99-90 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0