17:11 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
Polis əməkdaşı

Bakı polisi partlayıcı maddə axtarır

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
205 0 0

Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilər

BAKI, 25 dekabr — Sputnik. Paytaxtda insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. İdarənin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının 13-19 dekabr tarixlərində keçirdikləri reydlər zamanı paytaxtın Qaradağ, Xətai rayonları ərazisində 6 ticarət obyektindən ümumilikdə 21390 ədəd, müxtəlif markalı və təyanatlı partlayıcı oyuncaq və pirotexniki vasitələr – odlu sayrışan fişənglər aşkarlanaraq götürülüb.

"Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə FHN tərəfindən verilən "xüsusi icazə" əsasında yol verilir.

Ticarət mərkəzlərində belə malların satışı aşkar olunarkən vasitələr satışdan çıxarılıb, satan vətəndaş barəsində İXM-in 442 maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilib.

Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavsitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.

Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilər.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının partlayıcı maddə və təhlükəli oyuncaqların satışının qadağan edilməsi ilə bağlı 2001-ci ildə müvafiq Sərəncamı var. Sərəncamın tələblərinə uyğun olaraq, partlayıcı oyuncaq və pirotexniki vasitələrinin satışının qarşısının alınması istiqamətində, izahat, maarifləndirmə tədbirləri davam etdirilir.

Əlaqədar

Azərbaycanlı gəncin düzəltdiyi partlayıcı qurğu əlində partladı
Partlayıcı maddə yüklü Türkiyə gəmisi saxlanıldı
Azərbaycanda çimərlikdə partlayıcı tapıldı
Teqlər:
Bakı, partlayıcı maddə, polis, insan

Əsas mövzular