05:41 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Zaqatalada kişi kəsdiyi ağacın altında qalıb öldü

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
48 0 0

Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb

BAKI, 23 dekabr – Sputnik. Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb.

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, hadisə Danaçı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular