Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzər dənizində İranın gəmisi qəzaya uğrayıb

© Sputnik / Murad OrujovКорабли в Каспийском море, фото из архива
Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gəminin gövdəsi bir neçə saat əvvəl deşilib və o, tədricən batmağa başlayıb

BAKI, 21 dekabr - Sputnik. Xəzər dənizində İrana məxsus ticarət gəmisi zədə alıb və nəticədə batmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinə (HHQ) istinadən ISNA agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda HHQ xilasetmə əməliyyatı aparır.

"İran ordusunun Hərbi Dəniz Qüvvələrinin xilasetmə və yardım göstərmə komandası Şimal donanmasının dalğıcları ilə birgə hazırda gəminin heyət üzvlərini xilas etmək üçün hadisə yerindədirlər", - deyə agentlik hərbçilərə istinadən bildirir.

ISNA-nın məlumatına görə, gəminin gövdəsi bir neçə saat əvvəl deşilib və o, tədricən batmağa başlayıb.

Xəbər lenti
0