15:23 16 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9398
Bərdə

Bərdədə piyadanı iki avtomobil vurub

CC0 / Elmeddin82 / Berde
HADİSƏ
Qısa URL
68 0 0

Hadisə rayonun Əmirli kəndi ərazisində qeydə alınıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Bərdədə yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə rayonunun Əmirli kəndi ərazisindən keçən magistral avtomobil yolunda qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1982-ci il təvəllüdlü Qəzənfər Qələndər oğlu Qələndərov yolu keçərkən "VAZ-2104" markalı minik avtomobili tərəfindən vurulub. Kənd sakinlərinin bildirdiyinə görə, Qəzənfər Qələndərov yolu keçərkən sərxoş vəziyyətdə olub. Hadisə də onun yol hərəkəti qaydalarına düzgün əməl etmədiyindən baş verib. Birinci maşının zərbəsinə məruz qalan Qəzənfər Qələndərovu sonrakı maşın da vurub. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun Gəncə xəstəxanasına yerləşdirilməsi tövsiyyə olunub . Xəstənin qohumları isə Qəzənfər Qələndərovu Bakı şəhərində yerləşən tibb müəssisəsinə çatdırıblar. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Bərdə rayon Polis şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən ilk maşının sürücüsü, Ağdam rayon sakini Elmurad Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular