Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tovuzda mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

© REPORTTovuzda qəza
Tovuzda qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza səbəbindən prospektdə bir müddət tıxac yaranıb

BAKI, 20 dekabr — Sputnik. Tovuz rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

"Report"un məlumatına görə, Ağstafa rayonunun Qırılı kənd sakini, 21 yaşlı Elşən Abbasovun idarə etdiyi "Ford" markalı mikroavtobus şəhərin Heydər Əliyev prospektində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb. 

Hadisə nəticəsində sürücü E.Abbasov və mikroavtobusda olan sərnişin Tovuz rayonunun Bozalqanlı kənd sakini, 17 yaşlı Aydan Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücüyə ambulator yardım göstərilib A.Mirzəyeva isə xəstəxanaya aparılıb.

© REPORTTovuzda baş verən qəza
Tovuzda mikroavtobus qəzaya uğrayıb, yaralananlar var - Sputnik Azərbaycan
Tovuzda baş verən qəza

Qəza səbəbindən prospektdə bir müddət tıxac yaranıb. Hadisə yerinə gələn, Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının hadisə yerinə baxış keçirməsindən sonra qəzaya düşən avtomobil yoldan çıxarılıb. Budan sonra avtomobillərin hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0