Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Onu görənlərdən xəbər vermələri xahiş olunur – FOTO

Abunə olmaq
Lalə Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir

BAKI, 19 dekabr — Sputnik. Qusar rayonunda 51 yaşlı qadın itkin düşüb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova avqust ayının 12-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm, uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

© AR Ministry of Internal AffairsLalə Bəşirova
Onu görənlərdən xəbər vermələri xahiş olunur – FOTO - Sputnik Azərbaycan
Lalə Bəşirova

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070)766-00-03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0