Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gömrükdə qanunsuzluğun üstü açılıb

© Sputnik / Murad OrujovЗдание Государственного Таможенного Комитета в Баку
Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Pirotexniki vasitələr və tütün məmulatları aşkar edilib

BAKI, 19 dekabr — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan "Vaz 2106" markalı avtomobil ilə sərnişin qismində gələn Azərbaycan vətəndaşı gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, baxış zamanı onun çantasında 60 ədəd "Mega Piratka" adlı pirotexniki vasitə və 2800 ədəd "Corset" adlı tütün məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0