00:00 20 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Polis maşınları, arxiv şəkli

Bərdədə qonşular arasında başlayan mübahisə kütləvi dava ilə bitdi

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
93 0 0

Xəsarət alan üç nəfər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdənin Kələntərli kəndində qeydə alınıb.

İki qonşu arasında torpaq üstündə baş verən kütləvi dava zamanı 3 nəfər - 38 yaşlı Cəfərov Elsəvər Qıyas oğlu, 1976-cı il təvəllüdlü Quliyeva İlhamə Qurban qızı və 1985-ci il təvəllüdlü Cəfərquliyev Xəyyam Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onların hər üçünün vəziyyəti orta ağırdır.

Fakt bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Əsas mövzular