Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masallı faciəsində xəsarət alan daha 2 uşaq vəfat edib

© Sputnik / Rahim MuradovMasallıda partlayış baş verib
Masallıda partlayış baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Bədəninin 85 faizi yanan, 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu dünyasını dəyişib

BAKI, 17 dekabr — Sputnik. Masallı rayonundakı evlərdən birində baş verən partlayış nəticəsində xəsarət alan azyaşlıların hər ikisi dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, insident nəticəsində bədəninin 85 faizi yanan, 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu vəfat edib.

Xatırladaq ki, dekabrın 10-da Masallı rayonun Sığıncaq kəndi ərazisindəki yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində bir ailənin iki üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar.

Masallıda partlayış baş verib - Sputnik Azərbaycan
HADİSƏ
Masallıda baş vermiş partlayışın təfərrüatı: Şahidlər ilginc iddialar səsləndirirlər

Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasion tədbirlər görülüb.

Lakin buna baxmayaraq, bədən sətinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ci il təvəllüdlü) dünyasını dəyişib. Müseyibov Məhəmməd Əbülfəz oğlu (2010-cü il təvəllüdlü) və Kərimov Sənan Rauf oğlu (2006-cı il təvəllüdlü) bədən sətinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam etdirilib. Lakin yaralıların vəziyyəti ağır olaraq qalıb. Onların vəfatı barədə məlumat bu gün daxil olub.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə başlanmış cinayət işi həmin məcəllənin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Xəbər lenti
0