17:08 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
Astara Rayon Polis Şöbəsi

Narkotik alverçisi oğurluq üstündə ələ keçib

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
42 0 0

Oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 dekabr - Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-a verilən məlumata əsasən Astara şəhər sakini E. Ağazadə Rayon Polis Şöbəsinə müraciət edərək onun yaşadığı mənzildən oğuqluq edilməsi barədə məlumat verib. Ağazadə axşam saatlarında evdə olmadığı müddətdə onun yaşadığı mənzildən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarının oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırma nəticəsində onun Astara şəhər sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün RPŞ əməkdaşları tərəfindən saxlanılan Elşad Seyfullayev olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Əsas mövzular