Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Buta Palace"-ın art-direktorunun arvadını niyə öldürdüyü məlum olub

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son zamanlar cütlük arasında tez-tez bu qəbildən olan münaqişələr baş verirmiş

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Bakıda dekabrın 9-dan 10-na keçən gecə dəhşətli cinayət baş verib. "Buta Palace"-ın art-direktoru Taxveli Ramiz Pərviz oğlu öz həyat yoldaşını 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən aşağı atıb.

Polis, arxiv şəkli - Sputnik Azərbaycan
Bakının ən məşhur restoranının direktorundan dəhşətli əməl: Arvadını binadan atdı

Sputnik Azərbaycan-a Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, cinayət Nəsimi rayonunun 381-ci kvartalında, Taxveli ailəsinin yaşadığı mənzildə törədilib. Nəticədə 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızı ölüb.

Kişi törətdiyi cinayət əməlinə görə, hüquq-mühafizə orqanlarından gizlənməyə cəhd göstərməyib. Polisin hadisə yerinə gəlməsini sakitcə gözləyib. İlkin dindirilmə zamanı o, qətli törətdiyini etiraf edib.

O da məlum olub ki, Taxveli qətli törədən zaman narkotik vasitələrin təsiri altında olub. Özü də etiraf edib ki, marixuana qəbul edib və ekspertiza bu faktı təsdiqləyib.

Artıq ilkin araşdırma öz nəticəsini verib. R.Taxveli etiraf edib ki, gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıblar. Bu zaman uşaqları evdə yatırmış. Cütlük onları oyatmamaq və narahat etməmək üçün söhbət etmək məqsədilə balkona çıxmağı uyğun bilib.

Qeyd edək ki, onların birgə nikahdan iki uşaqları var. Onların böyük uşağı olan 10 yaşlı qızları psixi çatışmazlıqdan əziyyət çəkir.

Münaqişə zamanı kişi həyat yoldaşını hərəkətlərinə görə qınayıb. Qətl də aralarındakı yanlış anlaşma səbəbindən baş verib.

Son zamanlar cütlük arasında tez-tez bu qəbildən olan münaqişələr baş verirmiş. Hadisə baş verən gecə də, qadın ərinin ittihamlarına cavab verərkən onunla mübahisə edib. Kişi isə bu zaman özünü saxlaya bilməyib və qadına qarşı sözügedən cinayəti törədib.

Polis saxlanılan şəxsin maşınına baxış zamanı içində ümumi çəkisi 5.647 qram marixuana olan kibrit qutusu tapıb. Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti
0