Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Quba sakini ədavətə görə ev yandırdı

Abunə olmaq
Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Qubada qəsdən yanğın törədilib.

Hadisə dekabr ayının 8-də gecə saatlarında baş verib. Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

© Sputnik / Leyla AbdullayevaQorxmazoba kənd sakini Şahbaz Əliverdiyev
Quba sakini ədavətə görə ev yandırdı - Sputnik Azərbaycan
Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyev

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumat verilib. Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.

Dindirilmə zamanı F.Ağamirzəyev törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olduğunu bildirən F. Ağamirzəyev, orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istədiyini əlavə edib.

Xəbər lenti
0