05:46 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Daxili İşlər Nazirliyi

DİN vətəndaşlara müraciət edir: Onu görənlər polisə məlumat versinlər

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
687 0 0

Dərsə gedən zaman onun əynində yaşıl rəngdə şalvar və eyni rəngdə qısaqol gödəkcə, göy idman ayaqqabısı olub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Quba rayonunda gənc oğlan itkin düşüb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə gedib, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.

Əziz Qasımovun əlamətləri belədir: Boyu 180 sm, arıq bədən quruluşlu, yumru sifətli, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Dərsə gedən zaman onun əynində yaşıl rəngdə şalvar və eyni rəngdə qısaqol gödəkcə, göy idman ayaqqabısı olub.

Əziz Qasımov
© DİN-nin mətbuat xidməti
Əziz Qasımov

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinin 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə və 050-364-49-50; 050-863-11-50 (atası) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Əlaqədar

Polis itkin düşən şəxslə bağlı təkzib verdi
Gəncədə film kimi cinayət – Əvvəl evdən pullar itib, sonra oğlu itkin düşüb
İyirmi altı il öncə itkin düşən alpinist tapılıb
Teqlər:
Quba rayonu, DİN, polis

Əsas mövzular