Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masallıda partlayış baş verib, ölən və yaralananlar var

© Sputnik / Ilham MustafayevGəncədə partlayış
Gəncədə partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralıların vəziyyətləri ağırdır

BAKI, 10 dekabr — Sputnik. Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində bir ailənin iki üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar. 

Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
HADİSƏ
Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış olub, yaralılar var

Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb.

Lakin buna baxmayaraq, bədən sətinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ciil təvəllüdlü) dünyasını dəyişib. Müseyibov Məhəmməd (2010-cü il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü) bədən sətinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir.

Yaralıların vəziyyətləri ağırdır. 

Xəbər lenti
0