Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə faciə yaşanıb

© AAÇanakkaledə qəza
Çanakkaledə qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Çanaqqala şəhərində mikroavtobusla yük avtomobili toqquşub

BAKI, 10 dekabr — Sputnik. Türkiyənin Çanaqqala şəhərində mikroavtobusla TIR-ın toqquşması nəticəsində baş verən qəzada, ilkin məlumata görə, 4 nəfər ölüb, 16 nəfər yaralanıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, hadisə Çanaqqalanın Biga rayonunda baş verib. Mikroavtobusda olanlar bir fabrikin işçiləri imiş.

Hadisə yerinə təhlükəsizlik qüvvələri, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yaralılar xəstəxanalara aparılıb.

Xəbər lenti
0