Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib

© Sputnik / Rahim MuradovYol-patrul xidmətinin avtomobili qəza yerində
Yol-patrul xidmətinin avtomobili qəza yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 8 dekabr - Sputnik. Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində "Kamaz" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Qəza zamanı Zaur Nəsibov dünyasını dəyişib, avtomobildə olan digər 3 nəfər - 1992-ci il təvəllüdlü Həsənov Orxan İmamverdi oğlu, 1985-ci il təvəllüdlü Qəhrəmanov Habil Vaqif oğlu və 1996-ci il təvəllüdlü Bəkirov Səbuhi İlqar oğlu ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0