Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gömrükçülər qaçaqmal balıq ələ keçiriblər

© © DGK-nin mətbuat xidmətiAvtomobildə gizlədilən balıqlar aşkarlandı
Avtomobildə gizlədilən balıqlar aşkarlandı - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda faktla bağla araşdırma aparılır

BAKI, 5 dekabr — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "QAZ 31029" markalı avtomobil saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında - qaz balonunun altında gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 70 kq olan 20 ədəd balıq aşkarlanıb.

© © DGK-nin mətbuat xidmətiÜmumi çəkisi 70 kq olan 20 ədəd balıq
Gömrükçülər qaçaqmal balıq ələ keçiriblər - Sputnik Azərbaycan
Ümumi çəkisi 70 kq olan 20 ədəd balıq

Hazırda faktla bağla araşdırma aparılır.

Xəbər lenti
0