Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın İnterpol xətti ilə axtardığı şəxs Ukraynada ələ keçib

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnterpol xətti ilə saxlanılan Nəcəfov artıq Azərbaycana ekstradisiya edilib

BAKI, 4 dekabr — Sputnik. Nərimanov Rayon Polis İdarəsinin İnterpol xətti ilə axtardığı şəxs Ukraynada saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi

Məlum olub ki, 1983-cü il təvəllüdlü Nəcəfov Əli Allahverdi oğlu 2017-ci ilin oktyabr ayından etibarən axtarışdadır. Lakin o, bu günlərdə Ukraynada saxlanılıb. Kişi bir qrup şəxslə birlikdə dələduzluq əməli törətdiyinə görə AR Cinayət Məcəlləsinin 34 (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi) və 178-ci (Dələduzluq), rüşvət verdiyinə görə isə 321-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə təqsirli bilinir.

Onunla bağlı cinayət işinə Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən baxılır.

Ötən ilin əvvəllərində Əli Nəcəfov və onun qardaşı Allahverdi Nəcəfov "Turan Bank"-la məhkəmədə qarşılaşmışdılar. Onların banka külli miqdarda borcu yaranıbmış. Cinayət işinin detalları hələlik tam məlum deyil. Məlumata görə, İnterpol xətti ilə saxlanılan Nəcəfov artıq Azərbaycana ekstradisiya edilib.

Xəbər lenti
0