Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtın iki rayonunda yanğın baş verib

© Photo : REPORTFHN əməkdaşları
FHN əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki ərazidəki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

BAKI, 4 dekabr - Sputnik. Bakı şəhərinin iki rayonunda yanğın hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, yanğınlar Binəqədi və Nizami rayonlarında baş verib. 

Belə ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 185 m² olan fotostudiyada 7 m² döşəmə  sahə yanıb. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. 

Nizami rayonunda isə birmərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) zirzəmisində 12 m² sahədə karton taralar yanıb. Zirzəminin qalan hissəsi və anbar yanğından mühafizə olunub.

Hər iki ərazidəki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0