CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərdə partlayışda yaralananlardan biri vəfat etdi

CC0 / Skitterphoto / Gas stationYanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı xəsarət alan 23 yaşlı Əsgər Məmmədov müalicə olunduğu Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişib

BAKI, 4 dekabr – Sputnik. Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

Qaz plitəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Abşeron sakinləri "qaz bombası"nın üstündə oturublar

Sputnik Azərbaycan-ın "Report"a istinadla verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan 23 yaşlı Əsgər Məmmədov müalicə olunduğu Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. Partlayış zamanı xəsarət alan digər yaralı Seymur Rzayevin müalicəsi davam etdirilir.

Qeyd edək ki, noyabrın 29-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ağır bədən xəsarətləri alaraq, ilk öncə Tərtər rayon Mərkəzi Xəstəxanasına, sonra isə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda cinayət işi başlanaraq araşdırma aparılır.

Xəbər lenti
0