20:30 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Diaqnostika mərkəzində həkimlər, arxiv şəkli

Qazaxda bir ailənin 4 üzvünün səhhətində yaranan problemin səbəbləri məlum olub

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
88 0 0

Onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib

BAKI, 29 noyabr — Sputnik. Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan bir ailənin 4 üzvü 28 noyabr 2018-ci il tarixində qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.

Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstələr tam müayinədən keçirilib və onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib. Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib. Rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

Əsas mövzular