CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda azyaşlı qızlara təcavüz edən manyaka hökm oxundu

© Sputnik / Murad OrujovБакинский Суд по Тяжким Преступлениям
Бакинский Суд по Тяжким Преступлениям - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 28 noyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Həbs, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Son günlər Bakı sakinlərini vahimədə saxlayan manyak ələ keçdi

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

© Photo : DİN mətbuat xidmətiAmil Paşayev
Bakıda azyaşlı qızlara təcavüz edən manyaka hökm oxundu - Sputnik Azərbaycan
Amil Paşayev

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.

Onun 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Xəbər lenti
0