Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda məşhur mağazalar şəbəkəsinin seyfini yarıblar

© Sputnik / Anar MustafayevСейф, фото из архива
Сейф, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Oba-market"in əməkdaşı çalışdığı mağazanı soyub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Bakıdakı məşhur ticarət obyektlərindən birində pul oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Oğurluq hadisəsi noyabrın 26-da Yasamal rayonunda 29-cu polis bölməsinin ərazisində, Zərdabi küçəsində yerləşən "Oba" marketlər şəbəkəsinə məxsus mağazada baş verib. Polisə mağazanın müdiri Xəyal Kərimov şikayət edib. Müdir bildirib ki, naməlum şəxs onun kabinetinə girərək mağazanın seyfindən 2 min 300 manat pulu oğurlayıb.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Məlum olub ki, bu adam sözügedən mağazanın kassiri, 1988-ci il təvəllüdlü Nikolay Ştondadır. Hazırda oğurluğun baş verdiyi şərait araşdırılır.

Xəbər lenti
0