23:16 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Рыбалка, фото из архива

İki balıqçı Xəzərdə köməksiz qaldı

© Sputnik / Vladimir Vyatkin
HADİSƏ
Qısa URL
34 0 0

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə qüvvələri əraziyə cəlb olunub

 

BAKI, 27 noyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 2 nəfərin Xəzər dənizində köməksiz qalması ilə bağlı məlumat daxil olub.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) 2 nəfər (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalıb. Həmin şəxslərin xilas olunması üçün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumlarına bu haqda məlumat verilib.

 

Əsas mövzular