23:01 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Pedaqoq Əjdər Ağayev

Ekspert dünyasını dəyişdi

© Xezerxeber
HADİSƏ
Qısa URL
23 0 0

Ağayev Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan pedaqogikasının böyük nümayəndəsi, nasir, şair, publisist, tənqidçi, pedaqoq Əjdər Ağayev bu gün səhər saatlarında ürəktutmasından vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, onun Mehdiabad qəbiristanlığında dəfn olunması nəzərdə tutulub.

Qeyd edək ki, Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981). Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub.

Allah rəhmət eləsin!

 

Əsas mövzular