15:56 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Gürcüstan polisi

Gürcüstanda azərbaycanlıların maşınına silahlı basqın edilib

© Sputnik / Alexander Imedashvili
HADİSƏ
Qısa URL
85 0 0

Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar

BAKI, 26 noyabr — Sputnik. Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında taksiyə silahlı basqın olub.

Sputnik Gürcüstan-ın verdiyi xəbərə görə, taksidə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları olub.

Bu gün səhər baş verən insident zamanı cinayətkarlar taksinin yolunu avtomobillə kəsiblər. Onlar maşından çıxaraq taksi sürücüsünü döyməyə başlayıblar. Taksidə olan Azərbaycan vətəndaşlarının da xəsarət aldıqları bildirilir.

Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar.

Taksi sürücüsünün oğlu Aynur Məmmədovun bildirdiyinə görə, cinayətkarlar BMW maşınında olublar: “Maşından 4-5 nəfər maskalı şəxs çıxdı və qaz silahından atəş açdılar. Maşındakıların hamısı huşunu yarı itirmiş vəziyyətdə olub. Atamı amansızcasına döyüblər. Sərnişinlərə də fiziki güc tətbiq ediblər, lakin onların vəziyyəti elə də ağır deyil”.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı basqın maddəsi ilə cinayət işi açıb. Cinayətkarları 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Əlaqədar

Qəzet redaksiyasına basqın edildi, bir neçə nəfər öldürüldü
Kriminal avtoritetlərin "sxodka"sına basqın edilib, 29 nəfər tutulub
Bakı sakinlərini 30 ildir zəhərləyən ailəyə basqın: "Damdayatan"ın məşhur qızları tutuldu
Ağstafada silahlı basqın: Quldurlarla böyük çarpışma baş verib
Teqlər:
qarət, basqın, "Sınıq Körpü" gömrük-keçid məntəqəsi, Gürcüstan

Əsas mövzular