Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Bəxtiyar" iki türkməni çəkə bilmədi: Gəmidə şərab aparanlar da ilişdi

Abunə olmaq
Türkmənistan vətəndaşları Azərbaycandan öz ölkələrinə qaçaqmalçılıq yolu ilə içki və tütün məhsulları apararkən DSX əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 26 noyabr — Sputnik. 2018-ci ilin 20 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçir­dikləri tədbirlər nəticəsində Türkmənistan vətəndaşları - 1982-ci il təvəllüdlü Bullarov Qurhanmuhannedə məxsus "Ford-Tranzit" markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beglienə məxsus "Toyota" markalı BG-5081-AG dövlət nömrə nişanlı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qaçaqmal şəklində dövlət sərhədindən keçirmək cəhdlərinin qarşısı alınıb.

© DSX mətbuat xidmətiSiqaret qutuları
 Bəxtiyar iki türkməni çəkə bilmədi: Gəmidə şərab aparanlar da ilişdi - Sputnik Azərbaycan
Siqaret qutuları

Sputnik Azərbaycan DSX-nın saytına istinadla xəbər verir ki, bu əməliyyat Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və qaçaqmalçılığa qarşı mübarizə sahəsində həyata keçirilən əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri çərçivəsində baş tutub.

Türkmənistan vətəndaşlarına məxsus avtomobillərin salonlarında 1524 qutu "Pall Mall", 490 qutu "Fine", 800 qutu "Wont", 10 qutu "Parlament" siqaretləri, 400 ədəd "Mascotte" markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik "Georgian ԝine", 10 ədəd 0,5 litrlik "Rkatsiteli" markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkarlanıb.

© DSX mətbuat xidmətiŞərab şüşələri
 Bəxtiyar iki türkməni çəkə bilmədi: Gəmidə şərab aparanlar da ilişdi - Sputnik Azərbaycan
Şərab şüşələri

O da məlum olub ki, xarici ölkə vətəndaşları Bakı-Türkmənbaşı reysi ilə "Bəxtiyar" gəmisində yola düşürmüşlər. Onlara məxsus yüklə dolu avtomobillərə də gəmidə baxış keçirilib.

Xəbər lenti
0