Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazir müavini: "Uçan binanın sakinləri üçün yeni bina tikiləcək"

© Sputnik / Ilham MustafayevGəncədə partlayış
Gəncədə partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Etibar Mirzəyev: "Binada yaşayan sakinlər tez bir zamanda köçürüləcək"

BAKI, 20 noyabr — Sputnik. "Hazırda axtarış və təmizlənmə işləri davam etdirilir. Binada bir blokun 4 mənzili tamamilə dağılıb. Hadisə zamanı 1 və 2-ci mərtəbələrdə yaşayış olsa da, 4 və 3-cü mərtəbələrdə yaşayış olmayıb".

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu açıqlamanı fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Gəncədə baş verən partlayış bölgəsində verib. Onun sözlərinə görə, partlayış birinci mərtəbədəki mənzildə baş verib.

"Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilir" - Mirzəyev bildirib.

Yanğının səbəblərinə gəlincə, nazir müavini qeyd edib ki, böyük ehtimalla, yanğın qaz sızmasından baş verib: "Hazırda tədqiqatçılar işləyir. Binada yaşayan sakinlər tez bir zamanda köçürüləcək və onlar üçün, çox güman ki, yeni bina tikiləcək. Yaxın gələcəkdə mediaya bu barədə məlumat veriləcək".

Gəncədə partlayış - Sputnik Azərbaycan
HADİSƏ
Fövqəladə hallar naziri: "Binada yaşayan 36 ailənin hamısı təxliyə ediləcək"

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Gəncə şəhərindədördmərtəbəli binada partlayış olub.

Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gedib. Nazir qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.

Xəbər lenti
0