Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda kanalizasiyadan heyvan kəllələri çıxdı

© Facebook / Anar CəbrayilliОтрубленные головы животных найденные в канализационном коллекторе
Отрубленные головы животных найденные в канализационном коллекторе - Sputnik Azərbaycan
Abunə olmaq
Tutulma baş verən hissədən mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası aşkarlanıb

BAKI, 20 noyabr — Sputnik. Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları və digər bərk məişət tillantıları çıxarılıb. Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlama verib.

O deyib ki, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə "Azərsu" ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib: "Əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi yəyinatlı maşın və digər mexanizmlər cəlb olunub. Bütün səylərə baxmayaraq, kollektorda baş verən tutulmanı açmaq mümkün olmayıb".

© Facebook / Anar CəbrayilliBiləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektoru
Bakıda kanalizasiyadan heyvan kəllələri çıxdı - Sputnik Azərbaycan
Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektoru

"Sonra kollektorun 4 metr dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib" - deyə A.Cəbrayıllı bildirib.

Xəbər lenti
0