15:57 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Təcili tibbi yardım

Bakıda mənzildə 64 yaşlı kişinin cəsədi aşkarlandı

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
32 0 0

1954-cü il təvəllüdlü Hacıbəyov Saleh Məmmədrza oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib

BAKI, 18 noyabr - Sputnik. Bakının Yasamal rayonunda mənzildə cəsəd aşkarlanıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Hacıbəyov Saleh Məmmədrza oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Əsas mövzular