20:28 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Mikroavtobus qəzası

Yevlaxda mikroavtobus qəzaya uğradı, xəsarət alanlar var

CC0 / Republica / crush
HADİSƏ
Qısa URL
4953 0 0

Faktla bağlı araşdırma aparılır

BAKI, 18 noyabr - Sputnik. Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə zamanı Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Samirə Cabbarova, Qazax rayon sakinləri - 1960-cı il təvəllüdlü Ayişə Şahmarova və 1957-ci il təvəllüdlü Yeganə Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində habelə bir neçə nəfər də yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular